Partlayış nəticəsində rabitə infrastrukturuna ziyan dəyməyib – “Baktelecom”backend

Partlayış nəticəsində rabitə infrastrukturuna ziyan dəyməyib - "Baktelecom"

Dünən gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verməsi ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) xidmətlərinin göstərilməsində heç bir fasilə qeydə alınmayıb.

“Baktelecom”dan KONKRET.az-a verilən məlumata görə, ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib.

“Hazırda hadisənin baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq”, – MMC-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*