“Paşinyan açıq şəkildə dedi ki, xəyanət etməyə hazırdır” – Abramyanbackend

"Paşinyan açıq şəkildə dedi ki, xəyanət etməyə hazırdır" - Abramyan

“Paşinyan açıq şəkildə dedi ki, xəyanət etməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

“Paşinyan Brüsseldən eşidilən hər şeyi fərqli ifadələrlə demişdi. Danışıqlar prosesində səviyyənin aşağı salınmasında Nikol Paşinyanın özünün təşəbbüs göstərməsi heç kimə sirr deyil.

Təxminən iki həftə əvvəl Paşinyan Azərbaycanın tərkibində muxtariyyətdən danışırdı. Baş nazir dəfələrlə açıq şəkildə bəyan edib ki, o, satqın damğasını daşımağa hazırdır. Çünki bu, artıq onu heç bir şəkildə narahat etmir.

Bəli, o, açıq mətnlə ictimaiyyətə xəyanət etməyə və onun damğasını daşımağa hazır olduğunu deyib. Demək istəyirəm ki, Brüsseldən yeni heç nə eşidilmədi.

Məzmun Nikol Paşinyanın bu müddət ərzində dəfələrlə ifadə etdiyi fikirlərdir”, – deyə o əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*