Paşinyan Albaniyada çətin vəziyyətdə: Niderland bu addımla Ermənistana hansı mesajları verdi?backend

Paşinyan Albaniyada çətin vəziyyətdə: Niderland bu addımla Ermənistana hansı mesajları verdi?

Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan niderlandlı həmkarı Dik Şuf ilə görüşüb. Görüş zamanı diqqətçəkən məqam masanın üzərinə qoyulan Ermənistan bayrağının tərsinə asılması olub. Maraqlıdır, bu, xəta kimi qiymətləndirilir yoxsa siyasi məna daşıyır?

Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:

Zeynal Əmrəliyev

“Baş verən hadisənin texniki xəta olması ehtimalı var. Lakin nəzərə almaq lazımdır ki, Avropa ölkələri, xüsusilə də Niderland Ermənistanla yaxın münasibətlərə malikdir. Uzun müddətdir rəsmi Amsterdam İrəvana dəstək verir. Eyni zamanda, Niderland erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir. Belə bir hadisənin baş verməsi diplomatik etiket qaydalarına ziddir və ciddi səhvdir.

Bu baxımdan tədbirin təşkilatçıları baş verən hadisəyə görə Ermənistan dövlətindən rəsmi şəkildə üzr istəməlidir. Çünki bir ölkənin dövlət rəmzinin, xüsusilə də bayrağının səhv, yaxud tərsinə yerləşdirilməsi həmin ölkəyə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Bu, həm də məsuliyyətsiz yanaşmanın göstəricisidir”.

Politoloq bildirib ki, bu hadisə həm də Ermənistana ciddi münasibətin olmadığını göstərir:

“Tədbir zamanı baş nazir Nikol Paşinyana digər dövlət rəhbərlərinə göstərilən səviyyədə diqqət yetirilməməsi də bunu təsdiqləyir. Bu isə Ermənistanın beynəlxalq səviyyədə tamhüquqlu və bərabər tərəfdaş kimi qəbul edilmədiyinə işarədir. Sanki bu dövləti heç kim ciddiyə almır. Hadisənin qəsdən edildiyini düşünmürəm. Lakin bu, istənilən halda Ermənistana ciddi dövlət kimi yanaşılmadığının bariz göstəricisidir. Belə bir səhv hər hansı nüfuzlu və güclü dövlətə qarşı edilməzdi”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*