“Paşinyan Ankarada ictimaiyyətə qapalı bir neçə görüş keçirib” – Erməni mediasıbackend

"Paşinyan Ankarada ictimaiyyətə qapalı bir neçə görüş keçirib" - Erməni mediası

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Ankarada rəsmi hissədən əlavə, ictimaiyyətə qapalı bir neçə görüş keçirib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazır.

Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, Paşinyan Ankarada Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla təkbətək görüşüb. Əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılması olub.

Qəzetin yazdığına görə, Marqara keçid məntəqəsinin iyulun ikinci yarısında açılmasının mümkünlüyü də müzakirə olunub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*