Paşinyan: “Anklavların Azərbaycana verilməsi həllolunmaz yaratmayacaq”backend

Paşinyan: "Anklavların Azərbaycana verilməsi həllounmaz problemlər yaratmayacaq"  

“Əgər xəritədə anklavların Azərbaycana məxsus olduğu ortaya çıxarsa, o zaman problem yoxdur”

KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

Baş nazir dünən Moldovada erməni diasporu ilə görüşündə Tiqranaşen (Kərki, Naxçıvan – red.) ilə bağlı vəziyyəti belə şərh edib:

“Bizim üçün həlledilməz problem yarada biləcək elə bir anklav yoxdur. Əgər Tiqranaşenin (Kərki, Naxçıvan – red.) xəritəyə görə Azərbaycana aid olduğu ortaya çıxarsa, bizim üçün heç bir problem yoxdur. Amma Azərbaycanın Artsvaşeni (Başkənd, Gədəbəy – red.) qaytarıb, Tiqranaşeni (Kərki, Naxçıvan – red.) almaq istəməsi inandırıcı deyil”, – deyə Paşinyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*