“Azərbaycan, Ermənistan, Aİ, Fransa və Almaniya liderlərinin bu gün keçirilən beştərəfli görüşündə tərəflər 1975-ci il xəritəsinin Ermənistan və Azərbaycan arasında gələcək delimitasiya işləri üçün əsas kimi götürülməsinə qarşı olmadıqlarını vurğulayıblar”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda keçirilmiş beştərəfli qeyri-rəsmi görüşün yekunlarına dair açıqlamasında səsləndirib.
Paşinyan qeyd edib ki, bu, Ermənistanın 29 min 800 kvadratmetr ərazi bütövlüyünün təsdiqi istiqamətində növbəti addımdır.
Günel Mikayılova,
KONKRET.az