Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində istifadəçilərdən biri Aleks Gevorqyanın tənqidinə cavab verib.
KONKRET.az xəbər verir ki, Gevoryan Paşinyana “Sən indi baş nazirsən, yoxsa bloqçu? Qərarınızı verin. Döyüş meydanında sərhədi qoruyan vətənin, torpağın qədrini bilər. İşinlə məşğul ol” deyib.
Paşinyan ona belə cavab verib: “Hörmətli Aleks Gevorqyan, sizin reaksiyanız məni təəccübləndirmir, çünki bizim reallıqda çox vaxt məsələ şüursuz, tarixi olmayan, konseptual və analitik dəstəyi olmayan hərəkatdır. Çoxlarının kredit götürüb ona xidmət göstərə bilməməsinin səbəbi də budur və yalnız ona xidmət göstərə bilməyəndən sonra başa düşürlər ki, ilk növbədə fikirləşmək, düşünmək, anlamaq və sonra qərar vermək lazımdır. Bir çox insanlar “iş”, “iş” adlanan fəaliyyətlərə böyük miqdarda fiziki enerji sərf edirlər, lakin nəticədə daha da yoxsullaşırlar. Hörmətsiz tonunuza gəlincə, əgər bu sizə öz hörmətinizi artırmağa kömək edirsə, mən də bu məqsədə xidmət etməyə hazıram. Amma yaxşı olar ki, sən Ermənistanda işləməklə, Ermənistan Respublikasına vergi ödəməklə özünə hörmətini artırasan. Əgər reallıqda bunu edirsənsə, mən minnətdaram”.