“Paşinyan bilərəkdən Azərbaycanı yeni hərbi əməliyyatlara təhrik edir” – İLGİNC DETALLARbackend

"Paşinyan bilərəkdən Azərbaycanı yeni hərbi əməliyyatlara təhrik edir" - İLGİNC DETALLAR

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsinin imzalanmaması İrəvanın səhlənkarlığı və xarici güclərə arxalanaraq öhdəliklərdən boyun qaçırmağa çalışması səbəbindən baş tutmur. Bir sözlə, Paşinyan Sülh müqaviləsi bağlamır, bunun fonunda isə Qarabağda separatçıları dəstəkləyir. Həmçinin Zəngəzur dəhlizinin açılmaması və İşğal edilmiş kəndlərin qaytarılmaması da Ermənistanın başqa məqsədlər güddüyündən xəbər verir.  Bəs görəsən bütün bunların fonunda Azərbaycan niyə hələ də hərəkətə keçmir? Rəsmi Bakı hansı səbəblərdən hərbi əməliyyatlara başlayıb bu məsələləri özü həll etmir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransındakı bəyanatları Bakı və İrəvan arasında sülh müqaviləsinin bu yaxınlarda imzalanacağı ilə bağlı ümidləri azaltdı: “Bu çıxışa qədər düşünülürdü ki, yaxın zamanlarda iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılacaq. Lakin Paşinyan bütün ümidlərin üzərindən xətt çəkdi. Belə olan halda Ermənistan Baş Nazirinin məqsədi nədir? Həqiqətənmi o bilərəkdən vəziyyəti gərginləşdirərək Azərbaycanı yeni hərbi əməliyyatlara təhrik edir? Hesab edirəm ki, Paşinyanın bu demarşları gələcək danışıqlarda uyğun şərtlər əldə edilməsinə hesablanıb”.

Professor Əlimusa İbrahimov: Vətən müharibəsi şanlı tariximizin ən parlaq  səhifəsidir - AZƏRTAC

Politoloqun sözlərinə görə, Paşinyan artıq Azərbaycan tərəfindən küncə sıxışdırıldığını başa düşür: “Ona görə də vəziyyəti gərginləşdirməklə müharibə öncəsi vəziyyət yaradır ki, Avropa və Amerikada narahat olsunlar. O, dünya dövlətlərinin diqqətini Ermənistana və onun problemlərinə cəlb etmək istəyir. Azərbaycana gəlincə, hələlik müharibə aparmağın, yaxud yeni hərbi əməliyyatlara başlamağın vaxtı gəlməyib. Bunun üçün ermənilərin bir qədər də irəli getməsini gözləmək lazımdır. Onlar yenə də özlərini gözdən salacaqları çox çəkməyəcək. Ancaq hələlik Azərbaycan hazırda Ermənistanı beynəlxalq güclərin vasitəsi ilə düz yola çəkmək istəyir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*