Paşinyan DANIŞDI: Bakı ilə sülh məsələləri…backend

Paşinyan DANIŞDI: Bakı ilə sülh məsələləri...

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan ilə Azərbaycan arasında sülhün təmin olunması tərəflər arasında bütün mübahisəli məqamların aradan qalxdığı anlamına gəlmir.

KONKRET.az xəbər verir ki, o, bu barədə brifinq zamanı  deyib:

Paşinyan çıxışında “Bəli, sülh bərqərar olub, lakin bu, o demək deyil ki, bizim aramızda heç bir sual və ya həllini tapmamış problem yoxdur. Ancaq sülhün qorunması əsas vəzifədir”, – sözlərini səsləndirib.

Onun bu açıqlaması iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımların davam etdiyini göstərsə də, hələ də həllini gözləyən məsələlərin mövcudluğunu təsdiqləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*