“Paşinyan indi deyir ki, ya Ermənistanın Baş naziri olacağam, ya da Ermənistan olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan erməni mediasına müsahibəsində deyib.
“Bir gün əvvəl daha bir eskalasiyanın şahidi olduq. Zod istiqamətində 4 erməni hərbçi yaralanıb.
İndi Bakı ilə sülh müqaviləsi danışıqları getdiyi bir vaxtda bu hadisələr baş verir. Hakimiyyət isə heç nə olmayıbmış kimi Brüsselə hazırlaşır. Bunlar Ermənistanın məhvinə hazırlanmış planlardır.
Ermənistanın Baş naziri deyir ki, ya Ermənistanın Baş naziri olacağam, ya da Ermənistan olmayacaq”, – deyə Matevosyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az