Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”backend

Paşinyan: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Ermənistan Azərbaycanın 86 min 600 kv.km ərazi bütövlüyünü tanıyır. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib.

O bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb,

Paşinyan qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Aİ Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

“Üç gün əvvəl Aİ Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə bir addım irəli atdıq, vurğulayaraq ki, Ermənistan Azərbaycan ərazisini 86 600 kv.km, Azərbaycan isə Ermənistanın 29.800 kv.km ərazisini tanıyır”, – o deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*