Paşinyan “Ermənistan Elektrik Şəbəkələri”ni Karapetyanın əlindən alırbackend

Paşinyan “Ermənistan Elektrik Şəbəkələri”ni Karapetyanın əlindən alır

Ermənistanın Baş naziri Nikol Paşinyan “Ermənistan Elektrik Şəbəkələri”nin (EEŞ) milliləşdirilməsi planının hazır olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb:

“Milliləşdirmə planı hazırdır. Yaxın vaxtlarda praktik mərhələyə keçəcəyik. Proseslər Ermənistan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.”

Qeyd edək ki, “Ermənistan Elektrik Şəbəkələri” ölkənin əsas elektrik enerjisinin paylayıcı operatorudur. Şirkət 2015-ci ildən rusiyalı erməni milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Tashir” qrupuna məxsusdur.

Yeri gəlmişkən, İrəvan məhkəməsi Samvel Karapetyanı iki aylıq həbs edib. Onun hakimiyyəti devirməyə çağırış maddəsi ilə ittiham olunduğu bildirilib.

Bu addım Paşinyan hökumətinin həm iqtisadi təsir dairəsini genişləndirmək, həm də hakimiyyətə müxalif olan oliqarxları sıxışdırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*