“Ümid edirəm ki, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra İrəvan və Ankaranın münasibətlərin normallaşması prosesi davam edəcək”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, həmçinin regionda və dünyada “qeyri-adi vəziyyətin” yarandığını xatırladıb.
Paşinyan bir daha vurğulayıb ki, “Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin yeganə yolu sülhdür”.
Rəsmiyyə Şərifova,
KONKRET.az