Ermənistan hökumətinin iclası zamanı işıqlar bir neçə dəfə sönüb.
KONKRET.az xəbər verir ki, Nikol Paşinyan bundan çox əsəbiləşib:
“Cənab Sanosyan (Ərazi idarəetmə və infrastruktur naziri – red.), biz Ermənistanda elektrik enerjisinin keyfiyyəti ilə bağlı daima məsələ qaldırırıq, lakin bu heç vaxt öz həllini tapmır. Mən nə qədər göstəriş verməliyəm? On ildir problem həllini tapmır. Ölkəmizdə elektrik enerjisi zəifdir, bu bina da həmçinin. Ona görə də işığın sönməsi təəccüblü deyil”, – deyə Paşinyan etiraz edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az