Paşinyan hər ay 50 min dolları hara xərcləyir – QALMAQALbackend

Paşinyan hər ay 50 min dolları hara xərcləyir - QALMAQAL

Erməni Amerika Araşdırmaları Mərkəzinin rəsmi İrəvanla ABŞ-ın yeni administrasiyası arasında münasibətlərinə dair hesabatı Nikol Paşinyana hücumlara səbəb oluib. Belə ki, vəziyyəti təhlil edən ekspertlər birmənalı nəticəyə gəliblər ki, Paşinyuan hakimiyyətinin cəhdlərinə baxmayaraq, Tramp administrasiyası ilə münasibətlər qurmaq alınmayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts son aylar cəmi bir neçə görüş keçirib, onların əsas mövzusu Ermənistan və Azərbaycan arasında sülh prosesi olub. Səfir Pentaqonda da görüş keçirib, lakin orada konkret olaraq kiminlə görüşdüyü və nəyi müzakirə etdiyi açıqlanmayıb.

Interesnye-fakty-o-SSHA.jpg (157 KB)

İddia olunur ki, Ermənistan hakimiyyəti Tramp administrasiya ilə əməkdaşlığın qurulması üçün başqa variantlar tapmaq qərarına gəlib: “Belə ki, Makunts Vaşinqtonda yerləşən “Mercury Public Affairs” lobbi şirkəti ilə bir il müddətinə – 2026-cı il aprelin 1-dək bağlanan müqavilə bağlayıb. ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədə görə, bu şirkətin xidmətləri Ermənistanın dövlət büdcəsinə ayda 50 min dollara başa gələcək. Səfirin bu şirkətlə əməkdaşlıq müqaviləsi qurması erməni lobbisinin ciddi etirazına səbəb olub”. Sən demə, bu şirkət Türkiyənin Vaşinqtondakı səfirliyinin maraqlarını da təmsil edibmiş. Bu da Paşinyana ittihamlara səbəb olub. “Müqaviləni şərh edən ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib ki, Amerikanın bütün lobbi şirkətləri arasında Paşinyan “bankda türk pulu və əlində erməni qanı olanı seçib”. ”, – o qeyd edib. (Bu ittiham erməni axmaqlığının və xəstə təfəkkürünün göstəricisi sayıla bilər-Musavat.com).

scale_1200 (2) (1).jpg (159 KB)

Sayt yazır ki, Lilit Makunts bu yay ABŞ-dakı səfir kimi səlahiyyətlərini başa vuracaq. “Sırf Paşinyan ailəsinə yaxınlığına görə ən mühüm posta təyin olunan keçmiş müəllimə diplomatik fəaliyyətinin 5 ili ərzində Ermənistanın xeyrinə heç bir nailiyyətlə seçilməyib və çətin ki, bu, onun əsas məqsədi kimi qarşıya qoyulub. Məsələ burasındadır ki, o, ilk növbədə özünün mütləq həvəskarlığı və erməni təşkilatları ilə çoxsaylı qalmaqalları ilə tanınıb, cəmiyyəti parçalamaq və erməni lobbisini zəiflətmək üçün əlindən gələni edib” deyə, bildirilir.

15806454_0_0_1498_943_1920x0_80_0_0_ed2ac818ba964bec89a074bd513d81e8.jpg (177 KB)

Daha sonra isə ironiya ilə bu ilin 15 yanvarında ABŞ-la Ermənistan arasında strateji müqavilə yada salınır: “Bu xanımın bir uğuru var. Demokratların Ağ Evdə qalmasının son günlərində imzalan bu sənəd tarixi uğur kimi təqdim edildi. Bu gün, cəmi 4 ay sonra bu müqaviləni xatırlayan varmı? Kimsə bu kağız parçasının Tramp administrasiyası üçün nə isə ifadə etməsinin lehinə bir arqumentin adını çəkə və ya Amerikanın “Ermənistan Respublikasının suverenliyinin müdafiəsini gücləndirmək” niyyətinə dəlalət edən bir faktı belə təqdim edə bilərmi?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*