Ermənistanın Baş naziri Nikol Paşinyan hər həftə kilsəyə gedib günahlarının bağışlanmasını dilədiyindən məmnunluğunu bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanda “mənəvi bərpa” prosesi gedir.
“Mənim, yoldaşlarımın və tərəfdarlarımın mənəvi həyatı tamamilə bərpa olunub. Bu gün liturgiyada baş nazir kimi deyil, Erməni Apostol Kilsəsinin adi bir davamçısı kimi iştirak edirəm”, – deyə Paşinyan deyib.
“Bu, ciddi bir maneə idi, amma indi bu maneə aradan qaldırılıb. Erməni Apostol Kilsəsinin adi bir davamçısı kimi, indi tam mənəvi həyat yaşaya bilirəm. İstəyirəm ki, bu, mənəvi həyat yaşayan bütün Ermənistan vətəndaşlarının başına gəlsin”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
