Ermənistanda Qarabağdan gəlmiş ermənilərə ev veriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşrin yazdığına görə, noyabr ayından Sosial Məsələlər Nazirliyində xarici ölkələrə getməyə məcbur olmuş ermənilər üçün yeni layihə hazırlanır.
Söhbət mənzillərin verilməsi proqramından gedir. Hər bir erməniyə 5 milyon dramlıq sertifikatın ayrılması planlaşdırılır. Bu sənəd yalnız mənzil alarkən istifadə olunacaq.
Qeyd edək ki, 4 nəfərlik ailə 20 milyon dram alacaq. Bundan əlavə, həmin sertifikatlara əmsalların tətbiqi də müzakirə edilir. Məsələn, İrəvandan kənarda yerləşən rayonlarda mənzillər alındıqda sertifikatlara 1,6 əmsalı tətbiq olunacaq. Yəni 5 milyon dram 1,6 faiz artacaq.
Sərhəd kəndlərində isə daha yüksək nisbət nəzərdə tutulur. Lakin layihə hələ qəbul edilməyib. “Hraparak” məsələ ilə bağlı elə belə də yazır: “Əgər bu məsələ reallaşsa, o zaman hakimiyyət paytaxtı Qarabağ ermənilərindən azad edəcək”.
Natiq Səlim,
KONKRET.az