Paşinyan jurnalistin “delimitasiya” sualına elə cavab verdi ki… – Ermənistan ŞOKDAbackend

Paşinyan jurnalistin "delimitasiya" sualına elə cavab verdi ki... - Ermənistan ŞOKDA

Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Baş nazir Nikol Paşinyan jurnalistin “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?” sualını cavablandırıb.Paşinyan bu qərarı düzgün hesab etdiyini bildirib.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhdən danışıldığı bir dövrdə verilən açıqlamalar da bu istiqamətdə olmalıdır:

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını  düşünürəm” | KONKRET

“Ermənistan Baş nazirinin söylədiyi fikirlər reallığı əks etdirir. Vaxtilə Ermənistan qanunsuz şəkildə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə daxil olub, işğal dövründə bəzi ərazilərimizi özünə birləşdirib. Bu baxımdan Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycanın ərazisində olması tamamilə haqlıdır. Lakin Ermənistan cəmiyyətindəki radikal ünsürlər və revanşist dairələr bu mövqeni fərqli formada şərh etməyə çalışırlar. Onlar Paşinyanın açıqlamalarını hakim komandanın üzərinə hücum elementi kimi təqdim edirlər ki, bu da doğru yanaşma deyil”.

Politoloqun sözlərinə görə, Paşinyan bu dairələrin niyyətlərini yaxşı başa düşür və indiki sülh gündəminin müzakirə edildiyi mərhələdə onların arqumentlərinin əsassızlığını açıq şəkildə bəyan etməklə sülh prosesinə töhfə verməyə çalışır:

“Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam edir, sülh gündəliyi üzrə işlər görülür. Bu dövrdə qızışdırıcı ritorikadan uzaq durmaq çox önəmlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*