Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində kilsə ilə bağlı gedən müzakirələrə münasibət bildirib və bəzi dairələrin bu məsələdə “Azərbaycan izi” axtarmasını sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, Paşinyan deyib:
“Erməni Apostol Müqəddəs Kilsəsinin ikiüzlü və fərsizlərin əsarətindən azad olunması prosesində bəziləri bu məsələdə türk və ya azərbaycan izi axtarmağa çalışır. Bu, elə ikiüzlülüyün özü deməkdir. Belə iddialar sadəcə öz daxili çirkinliklərini erməni cəmiyyətindən gizlətmək cəhdidir”.
Baş nazir bildirib ki, bu cür yanaşmalar xarici güclərin də cəmiyyətə müdaxilə etməsinə və islahatları pozmasına şərait yaradır.
O, həmçinin iddia edib ki, bəzi qüvvələr onun yeni katolikos namizədi olduğunu iddia edir. Lakin Paşinyan belə bir şəxsin olmadığını bildirib:
“Təəssüf ki, mənim hansısa katolikos namizədim yoxdur. Amma mənim üçün katolikosun təsviri var: O, Allaha inanan, İsa Məsihin davamçısı olan, kilsəyə xidmət edən, əxlaqlı və dindar bir ruhani olmalıdır. Yoxsa fırıldaqçı faizçi, ya da ruhanilik libası altında əxlaqsızlıq edən biri yox.”
Paşinyan vurğulayıb ki, Ermənistanın gələcəkdə mömin və Tanrıdan qorxan bir katolikosu olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az