Paşinyan: “KTMT ölkəmizin ərazi bütövlüyünü hər hansı formada şübhə altına alan təşkilatdır”backend

Paşinyan: “KTMT ölkəmizin ərazi bütövlüyünü hər hansı formada şübhə altına alan təşkilatdır”

“Ermənistan KTMT-də iştirakdan imtina etməyib, lakin müxtəlif səbəblərdən orada iştirak etməmək qərarına gəlib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, KTMT məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb.
Paşinyanın sözlərinə görə, KTMT Ermənistanda öz məsuliyyət zonasına biganəlik nümayiş etdirir. Bu isə Ermənistanın ərazi bütövlüyünü təhlükə altına alır: “Biz KTMT-nin şərtlərini qəbul etməklə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini hər hansı formada şübhə altına alan təşkilata dəstək veririk”.

Paşinyan KTMT-yə düşünmək üçün vaxt verdiklərini bildirib və qeyd edib ki, KTMT-dən çıxmaq barədə açıqlama verənə qədər heç bir strateji siyasi dəyişiklik elan etməyəcəklər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*