Paşinyan Leyenlə Avropa İttifaqına inteqrasiyanı müzakirə etdibackend

Paşinyan Leyenlə Avropa İttifaqına inteqrasiyanı müzakirə etdi 

Ermənistanın baş naziri Nikol Paşinyan Süni İntellekt Sammitinin plenar iclasında iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Tədbirdə Fransa prezidenti Emmanuel Makron, Hindistanın baş naziri Narendra Modi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, BMT-nin baş katibi Antonio Quterreş, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Kanadanın baş naziri Castin Trüdo və bir sıra digər ölkələrin hökumət rəhbərləri iştirak ediblər.

Plenar iclasdan sonra sammit iştirakçılarının video və foto çəkiliş mərasimi olub.

Sammit çərçivəsində Paşinyan beynəlxalq tərəfdaşlarla qısa söhbətlər edib. Xüsusilə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə söhbətdə Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*