Paşinyan: “Moskva ilə Yerevanın vahid hava hücumundan müdafiə sistemi barədə razılaşmaları var”backend

Paşinyan: “Moskva ilə Yerevanın vahid hava hücumundan müdafiə sistemi barədə razılaşmaları var”

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskva ilə İrəvanın vahid hava hücumundan müdafiə sistemi barədə razılaşmalarının olduğunu və bu razılaşmaların lazımi prosedurları tələb etdiyini xatırladıb. KTMT-ni Ermənistanın iştirak etdiyi əsas təhlükəsizlik sistemi adlandıran Nikol Paşinyan vurğulayıb ki, “bu birlik qorunmalıdır”.

Onun sözlərinə görə, regional təhlükəsizlik məsələsində respublika İran və Gürcüstanla da əməkdaşlıq etməlidir.

“ATƏT-in Minsk qrupunun Azərbaycanla sərhəddəki mövcud vəziyyət kontekstində aktivləşməsini alqışlayırıq, bu təhlükəsizlik sisteminə ciddi bir töhfədir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*