Paşinyan Moskvaya ekoloji konfransda iştirak üçün yox, buna görə gedib – PƏRDƏARXASI ŞOK MƏQAMLARbackend

Paşinyan Moskvaya ekoloji konfransda iştirak üçün yox, buna görə gedib - PƏRDƏARXASI ŞOK MƏQAMLAR

“Paşinyanın Rusiya səfəri yalnız konfransla bağlı deyil. Başqa vaxt Paşinyan bəlkə də bu səfərdə maraqlı olmazdı. Amma indiki şəraitdə Rusiya və Ermənistan arasında müzakirə olunacaq kifayət qədər mövzular var”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib:

Oqtay Qasımov: Bütün hallarda ilin sonuna qədər savaş davam edəcək- ÖZƏL

“Paşinyan Qərbə inteqrasiya ilə paralel olaraq Rusiya ilə iqtisadi-siyasi əlaqələri davam etdirmək istəyir. Şübhəsiz ki, Ermənistan Rusiyanın hərbi çətirindən və təhlükəsizlik sistemindən uzaqlaşmağa çalışır və bu istiqamətdə addımlar atır. Son dövrlər Ermənistanın xarici siyasəti Rusiyada narahatlıq və narazılıq yaradır. Xüsusilə, Zəngəzur dəhlizi məsələsi ilə bağlı ortaya çıxan məsələlər Rusiya hakimiyyətini qəzəbləndirib. Belə ki, Lavrov və Matviyenkonun Ermənistana səfərindən sonra kütləvi həbslər başladı. Müəyyən olundu ki, kilsə və revanşist qüvvələr hakimiyyət çevrilişi etmək istəyirdilər. Bunun qarşısı alındı. Təbii ki, Paşinyan Mişustinlə Zəngəzur dəhlizi, Karapetyanın həbsi və İrəvan-Aİ münasibətləri ilə bağlı mövzular müzakirə ediləcək. Bu gün Rusiya KTMT-dən faktiki olaraq çıxmış sayılır və Avrasiya İqtisadi İttifaqında qalmaqla Qərbə inteqrasiyaya can atır. Bu baxımdan tərəflər arasında müzakirə olunacaq kifayət qədər ciddi məsələlər var”.

Ekspertin sözlərinə görə, Mişustin ikinci şəxs mövqeyindədir və Putinin təlimat və fikirlərini Paşinyana çatdıracaq:

“Görünən odur ki, Putin Paşinyanla görüşmək istəmir. Paşinyan isə Rusiyanın himayəsində olan adamlara qarşı sərt siyasət yürüdərək bu cür cavab verir. Ermənistanda rusiyayönlü şəxslərin həbsi bunun bariz nümunəsidir. Yəni ekoloji tədbirdə iştirak əsas məsələ deyil. Paşinyan Moskvaya digər vacib mövzuların müzakirəsi üçün gedib”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*