backend

Paşinyan niyə bu qədər ciddi qorunur? - Ermənistan DİN-dən AÇIQLAMA

Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Paşinyanın çox ciddi mühafizə altında olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər naziri Ara Fidanyan Paşinyanı niyə bu qədər polisin mühafizə etdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanı müşayiət edən polislər ictimai asayişi qoruyur.

Fidanyan hüquq-mühafizə orqanlarının əməkdaşları olan avtobusların hökumət başçısını daim müşayiət etməsi və ya növbətçilik etməsi üçün nə qədər vəsait xərclənməsi sualına cavab verməyib.

Eyni zamanda, o, jurnalistlərə əks sual ünvanlayıb:

“2020-ci il noyabrın 9-da (Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalandıqdan sonra) hökumət binası yaxınlığında iğtişaşların baş verə biləcəyini təsəvvür edə billərdinizmi? Yox. Bizdə dəgözləmirdik”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*