“O qədər məni satqın adlandırdınız ki, daha bundan qorxmuram”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentlə hökumət arasında keçirilən sual-cavab iclasında deyib.
“Mən müxalifətlə bütün mövzuları müzakirə etməyə hazıram. Sizi heç qorxmamağa, düşünməyə və fikirlərinizi söyləməyə çağırıram. Məni o qədər satqın adlandırıblar ki, daha satqın adlandırılmaqdan qorxmuram. Bu sizin səhvinizdir, çox dediniz. Yaxşı, ya pis, indi vəziyyət belədir”, – deyə Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az