Paşinyan partiya üzvlərini bir yerə toplayaraq DANLADIbackend

Paşinyan partiya üzvlərini bir yerə toplayaraq DANLADI

Ermənistanda parlament üzvlərinin bir aylıq məzuniyyəti avqustun 23-də başa çatacaq, sentyabrın 9-da isə payız sessiyasının ilk iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasında bir sıra dəyişikliyin olacağı gözlənilir. Çünki partiya idarə heyətinin ötən gün keçirilən son iclasında Paşinyan elita ilə sərt danışıb, işləyə bilməyənlərə xəbərdarlıq edib. O, bildirib ki, hər kəs partiyanın reytinqinin yüksəldilməsinə çalışmalı, ümumi işə zərər verənlər isə vəzifələrini və partiya sıralarını tərk etməlidirlər”.

Nəşr xatırladıb ki, Nikol Paşinyan artıq məzuniyyətdən qayıdıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*