“Paşinyan Putini kopyalamağa çalışdı, amma alınmadı” – Erməni ekspertbackend

"Paşinyan Putini kopyalamağa çalışdı, amma alınmadı" - Erməni ekspert

“Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi strateq Armen Badalyan deyib.

O bildirib ki, Paşinyan oxşar mətbuat konfransları keçirən Putini kopyalamağa çalışıb.

“Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanda isə belə bir anlayış yox idi, sadəcə olaraq baş naziri qəzəbləndirməmək üçün belə suallar seçilib”, – deyə ekspert qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*