“Paşinyan Qarabağı təslimindən sonra erməni əhalinin təxliyəsinə başlayacaq” – Saqatelyanbackend

"Paşinyan Qarabağı təslimindən sonra erməni əhalinin təxliyəsinə başlayacaq" - Saqatelyan

“Paşinyan Qarabağı təslim etməyə və erməni əhalisinin təxliyəsinə başlamağa hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı İşxan Saqatelyan deyib.

“Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması haqqında bəyanatı bizim üçün təəccüblü olmadı. Əslində, son günlər baş nazir Qarabağın və Ermənistanın təslim olması üçün yol xəritəsini dərc edib və son tarixləri də qeyd edib”, – Saqatelyan bildirib.

O, əlavə edib ki, müxalifət partiyaları Qarabağın təslim olmasına qarşı çıxacaq.

“Bu hakimiyyətə qarşı hər hansı hərəkətlər qanunidir. Çünki onlar qeyri-legitimdir. İstər itaətsizlik olsun, istərsə də üsyan olsun. Hakimiyyət bizə alternativ yol buraxmadı. Ya təslim olacağıq, ya da döyüşəcəyik. Vətən uğrunda mübarizədə isə bütün vasitələr haqlıdır”, – Saqatelyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*