Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib.
Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir.
O bildirib ki, Rusiyadan yayımlanan telekanallar bu hörmətsizliyə davam edərsə, onların ölkədə yayımları dayandırılacaq. (Oxu.az)