Paşinyan Rusiyadan KÜSKÜNDÜR – Azərbaycan isə yenə ÜSTÜNDÜRbackend

Paşinyan Rusiyadan KÜSKÜNDÜR - Azərbaycan isə yenə ÜSTÜNDÜR

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib. Liderlər arasında ünsiyyət 7 saat davam edib. Azərbaycanda dekabrın əvvəlindən hamıya maraqlı olan üçtərəfli görüşdür. Çünki dekabrın sonunda Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmuşdu. Lakin İrəvan bu görüşü bururdu.

1. Sergey Lavrov ilə Ceyhun Bayramov arasında baş tutan Moskva görüşünə Ararat Mirzoyan da qatılmalı idi. Lakin erməni XİN rəhbəri Rusiyanın dəvətinə hörmətsizlik edərək Moskvaya gəlmədi;

2. Məhz XİN rəhbərlərinin görüşünün planlaşdırılan üçtərəfli formatdan ikitərəfliyə düşməsi 3 ölkə liderlərinin Moskva görüşünün keçirilmə ehtimallarını aşağı saldı. Amma Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşünü keçirtməklə sülhün yeganə vasitəçisi olmaq istəyinə çalışdı.

KONKRET.az xəbər verir ki, MDB görüşündən əvvəl Putinin mətbuat katibi Peskov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşünün MDB toplantısı çərçivəsində nəzərdə tutulmadığını açıqlayıb. Əlavə edib ki, Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə təkbətək görüş keçirəcək.

– Nikol Paşinyan Vladimir Putinlə bayraqların önündə yolaverdi görüşdü;

– Rusiyadakı kimi Azərbaycanda da bu, Nikolun növbəti avamlıq və sarsaqlığı kimi qələmə verilsə də, Paşinyan Putinə sifət edirdi;

– Onsuz da Nikolun dərmanla dolandığı hamıya bəllidir. Ona görə də Anna Akopyan böyründən çəkilmir. Amma Sankt-Peterburqdakı olaylar – Nikol şəkil çəkdirmək bir yana, Putinlə qucaqlaşmaq da istəmirdi;

– Bununla Ermənistan Kremli uzaqlaşdırmaq mənzərəsi yaradır. Hazırda İrəvanın Moskvanı iqnor etmək bəhanəsi kimi Laçın dəhlizi göstərilir.

Dekabrın 27-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı Ermənistan müstəqilliyinə zərbə vurmaqda ittiham etməsini buna sübut gətirmək olar.

Ermənistan kapitulyant ölkə olsa da, hər vəchlə vəziyyətdən çıxmağa, Azərbaycanın yaratdığı reallıqları öz xeyrinə dəyişməyə çalışır. Buna görə də ermənilər həm Rusiya, həm də Qərbdəki dayaqlarını qorumaq fikrindədirlər:

– Ermənistanın dəmiryol xətti, dövlət sərhədləri, Metsamor AES-i Rusiyanın tabeliyindədir;

– Öz növbəsində Ermənistan da Rusiyanın kuratorluq etdiyi Avrasiya İqtisadi İttifaqı, KTMT kimi təşkilatların üzvüdür;

– Bununla yanaşı, Paşinyanı Ermənistan taxtına çıxaran Amerikanın Soros fondudur;

– Nikollu İrəvanı ən çox dəstəkləyən isə Makron Fransasıdır;

– Sadalanan bütün dövlətlərdə – Rusiya, ABŞ və Fransada erməni lobbisi hakim dairələrə təsir edəcək gücdədir.

Ermənilər bütün bu təsir vasitələrini “seçki şantaj”ı, rüşvət təklifi ilə əldə edirlər.

Azərbaycanın isə əlini güclü edən beynəlxalq hüquq və tarixi faktlardır. Bu səbəbdən dəvət olunduğumuz bütün sammit, konfrans, görüşlərə tərəddüd etmədən gedir və Azərbaycanın maraqlarını layiqincə müdafiə edirik. Ermənistanla sülh üçün təklif etdiyimiz baza prinsiplər Moskva, Soçi, Peterburq, Brüssel, Cenevrə, Praqa, Vaşinqton və s. şəhərlərdə müzakirə predmeti olub. Yəni rəsmi Bakı əlini beynəlxalq hüquq və normalarla gücləndirdiyi üçün istənilən danışıqlar masasında əyləşməyə hazırdır. Çünki elə bir dəlil yoxdur ki, Azərbaycanın haqlı mövqeyini dəyişdirsin. Odur ki, Paşinyanın Sankt-Peterburqda Prezident İlham Əliyevə həsəd hissi ilə baxmasını anlamaq olar. Fikirləşir ki, “görəsən mən də nə vaxtsa əsl lider ola biləcəm?”. Onun indiki işi farsdan rusa, rusdan isə fransıza xəbərçilikdən ibarətdir. “Jurnalistliyi” tərgidə bilmir.

Natiq Səlim, 

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*