Paşinyan Şah Abbasdan danışdı, ara qarışdı – “Tariximizi silmək istəyirsən?”backend

Paşinyan Şah Abbasdan danışdı, ara qarışdı - "Tariximizi silmək istəyirsən?"

Biz Vətəni axtarmaqdan əl çəkməliyik, çünki biz onu Ermənistan Respublikasının timsalında tapmışıq.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının Demokratiya Məktəbində baş tutan “Ermənistan Respublikasının sosial psixologiyası” adlı mühazirədə deyib.

Paşinyan 17-ci əsrin əvvəllərində ermənilərin Şah Abbas tərəfindən köçürülməsinin xalqın sosial psixologiyasına ciddi təsir göstərdiyini vurğulayıb, 1915-ci il hadisələrindən danışıb.

Paşinyanın bu hadisələrlə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda ciddi mübahisələrə səbəb olub.

Onun çıxışına “Türklər və azərbaycanlılar bizim düşmənimizdir”, “Sən tariximizi silmək istəyirsən” kimi şərhlər yazılıb. Bəziləri isə onu türk tezislərinin təbliğatını aparmaqda ittiham edib.

(musavat.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*