“Paşinyan xalqın iradəsini nəzərə almadan sənədi imzalasa, cəzalandırılacaq”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına Qarabağ separatçısı David Qalstyan deyib.
O bildirib ki, “Arsaxa”a qarşı hər hansı sənəd qəbuledilməzdir.
“Arsax” xalqı dəfələrlə bildirib ki, öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəklər. “Arsax” Azərbaycanın bir hissəsi ola bilməz. Bu məntiqdən kənar hər hansı bir hərəkət, hər hansı imza qanunsuzdur.
Bizim fikrimizi nəzərə almadan hər hansı bir sənədin imzalanmasına gedən şəxs yox olacaq.
Paşinyan hakimiyyəti saxlamaq üçün nəyəsə imza ata bilər. Amma onun imzası erməni xalqının iradəsini əks etdirmir.
Ona görə də bundan sonra proses Nikol Paşinyanı antimilli hərəkətlərdə ittiham etməyə başlayacaq. O, qanunun ən yüksək həddi ilə cəzalandırılacaq”, – deyə Qalstyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az