“Son illər biz 9 Mayı acı və təlaşla qarşılayırıq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 9 May münasibəti ilə müraciətində bildirib.
O, erməniləri Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibəti ilə təbrik edib.
“Əziz həmvətənlər, son illər biz 9 Mayı acı və təlaşla qarşılayırıq. Bu, ilk növbədə 2020-ci ilə aiddir. 44 günlük müharibənin ağır nəticələrini, müharibə zamanı Şuşanın “itirilməsini”, Qarabağ və Ermənistan ətrafında cərəyan edən hadisələri unutmaq olmur.
Belə bir şəraitdə ən böyük borcumuz dövlətçiliyimizin möhkəmlənməsi və regionumuzda digər ölkələrlə münasibətlərimizin tənzimlənməsi olmalıdır.
Məhz bu yanaşma erməni xalqının mövcudluğunu təmin edəcək”, – Paşinyanın müraciətində deyilir.
Xuraman Etibarlı,
KONKRET.az