Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.
KONKRET.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını müzakirə ediblər.