“Nikol Paşinyan Türkiyə-Azərbaycan birliyinə tab gətirə bilmədi və son təslim aktına getmək qərarına gəlib”.
KONKRET.az xəbər verir ki, bunu konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyan deyib.
Onun qiymətləndirməsinə görə, bu yolda mövcud Konstitusiya ölkənin Əsas Qanununu dəyişdirməklə onu bir zərbə ilə aradan qaldırmaq istəyən Paşinyan üçün əngəldir.
“Konstitusiyanın birinci bəndi artıq Paşinyanın məqsədlərinin həyata keçirilməsinə maneədir. Söhbət Artsax və erməni soyqırımı ilə bağlı milli məqsədləri müəyyən edən Müstəqillik Bəyannaməsindən gedir.
Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən Ermənistan ərazisinin dəyişdirilməsi məsələsi. O, həmçinin Konstitusiyanın erməni kimliyinin qorunub saxlanmasında Erməni Apostol Kilsəsinin müstəsna roluna aid olan 18-ci maddəsini ləğv etməyə çalışacaq. O, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini də (21-ci maddə) aradan qaldıracaq”, – deyə Poqosyan bidirib.
O, əmindir ki, yuxarıda qeyd olunan dəyişikliklər olacağı təqdirdə Ermənistan hakimiyyətin hesab etdiyi kimi rəqabətədavamlı olmayacaq, əksinə, tamamilə asılı dövlətə çevriləcək.
“Baş nazir göstərir ki, o, Əliyevin tələblərinə əməl edir və Müstəqillik Bəyannaməsinə əsaslanan Üçüncü Ermənistan Respublikasının tarixini bağlayır. Paşinyan yeni respublika yaratmaq istəyir”, – ceyə ekspert izah edib.
Günel Mikayılova,
KONKRET.az