Paşinyan Türkiyəni sərhədi açmağa və diplomatik əlaqələr qurmağa çağırdıbackend

Paşinyan Türkiyəni sərhədi açmağa və diplomatik əlaqələr qurmağa çağırdı

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalı və quru sərhədini açmalıdır.

KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.

“Özümü Türkiyədə gedən müzakirələri izləyən müşahidəçi kimi təqdim edəcəyəm. Çox söz deməyəcəyəm, amma Türkiyədə qavrayışda müəyyən dəyişikliklər baş verir. Və bu göz qabağındadır. Mən Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında aparılan bu müzakirələri və danışıqları qiymətləndirə bilmərəm, çünki praktiki əsasda o qədər də böyük nəticə verməyib. Lakin iki ölkənin ünsiyyətinin olması çox vacibdir.
Əvvəllər hər şey ictimai bəyanatlar vasitəsilə müzakirə olunurdu. İndi isə diplomatik kanallar vasitəsilə söhbət etmək imkanımız yaranıb”, – deyə Paşinyan əlavə edib.

Günel Mikayılova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*