Paşinyan və həmin partiya liderlərinin nə fərqi var? – Dövlət maraqlarının müdafiəsi ilə bağlı SƏRT AÇIQLAMAbackend

Paşinyan və həmin partiya liderlərinin nə fərqi var? – Dövlət maraqlarının müdafiəsi ilə bağlı SƏRT AÇIQLAMA

İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması əsas prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, ictimai və dövlət maraqlarının tənzimlənməsi ilə bağlı bir neçə qanun var: “Dövlət-vətəndaş həmrəyliyinin əldə olunması üçün həm siyasi partiyalar, həm də ictimai təşkilatlar haqqında qanun mövcuddur. Bu iki qanunla Azərbaycanda hal-hazırda mövcud olan siyasi partiyaların və Qeyri Hökumət Təşkilatlarının fəaliyyəti  tənzimlənir. Siyasi Partiyalar Haqqında qanunu yeniləyirlər. Hesab edirəm ki, bu, doğru addımdır. Çünki Azərbaycanda siyasi partiyalarla bağlı bir anarxiya yaranıb. Ölkə daxilində separatizmi dəstəkləyən, anti-dövlət mövqeyindən çıxış edən, irqçiliyin təbliğatını aparan və terrorla bağlı olan partiyaların fəaliyyəti qadağan edilməlidir”.

Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycanda dövlət maraqları lazımı səviyyədə həyata keçirilmir: “Son təxribatlardan sonra bu sahədəki boşluqları nisbətən hiss etdim. Partiyası Azərbaycanda olan, lakin özü xaricdə oturan siyasi partiy rəhbərlərinin Azərbaycanı Ermənistana təcavüzdə ittiham etməsi absurddur. Qubad İbadoğlunun bu istiqamətdə yazısına rast gəldim və təəccübləndim. Dəhşətli məqam ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanı təcavüzdə ittiham edir, bizim xaricdə outran və ya burda olan bəzi partiya rəhbərləri də eyni mövqey sərgiləyir. Məsələn Əli Kərimli, Arif Hacılı, Qubad İbadoğlu kimi partiya sədrlərini buna missal göstərmək olar. O zaman Paşinyan və həmin partiya liderlərinin nə fərqi var?. Dövlət bu kimi şəxslərə qarşı ölçü götürməlidir. Onlara qarşı iddia qaldırmalıdır və bu məsələlərə Respublika Prokurorluğu baxmalıdır”.

Cümşüd Nuriyev: “Parlamentdə, Nazirlər Kabinetində anası, nənəsi erməni  olanlardan qrup düzəltmək və İrəvana göndərmək lazımdır” Pravda.az

Politoloqun sözlərinə görə, şəhidləri dəfn etmək mümkün deyil: “Çünki Bakıda və rayonlarda bir qrup çadraya bürünən adamlar dəfn mərasimlərinə qatılaraq süni təxribat yaradırlar. Dövlət bu kimi şəxsləri şəhidlərin dəfn mərasimlərinə buraxmamalıdır. İctimai mühitin və vətəndaş cəmiyyətinin qorunması birbaşa dövlətin üzərinə düşən vəzifədir. Odur ki, bu kimi məsələlərdə həsas və diqqətli olmalıyıq. Belə məsələlərin həlli üçün Parlament “Siyasi Partiyalar Haqqında” Qanunu təcili qəbul etməlidir. Digər tərəfdən “İctimai Birliklər Haqqında” Qanuna da dəyişikliklər olunmalıdır. Digər tərəfdən Azərbaycanda sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Yəni dünyanın hər yerində belə məsələlər olanda adekvat addımlar atılır. Bu xalq şəhid verib və fəxr edir. Şəhidlər bizim milli qürurumuzu özümüzə qaytarıb. Heç kəsin ixtiyarı yoxdur ki, şəhid ailələrinin adından istifadə etsin və ya onların ailələrini qızışdırsın. Yaxud da qazilərin vəziyyətindən öz maraqları üçün istifadə etməyə heç kimə icazə verilməməlidir. Belə hallar dövlət tərəfindən nəzarətə götürülməlidir. Bu tip hallar İnzibati Xətalar Məcəlləsi ilə deyil, Cinayət Məcəlləsi ilə tənzimlənməlidir. Bu adamlar ucuz cərimələrlə canlarını qurtarmamalı və həbs olunmalıdırlar. Çünki onlar cəmiyyətin dəyərlərini pozurlar. Dövlətin təhlükəsizliyinin ən böyük təhdidlərindən biri mediada fərdiyyətçilik və xalqa məxsus olmayan dəyərlərin cəmiyyətə sırınmasıdır. Bu, həmin dövlətdə təhlükəsizliyə rüşvət və korrupsiya ilə yanaşı ən böyük təhdidlərdən biridir. Bunun qarşısı mütləq alınmalıdır. Ölkədə milli dəyərlərin üstünlüyü təmin olunmalıdır. Bunu da qanun və hüquq mühafizə orqanlarının xətti ilə etmək lazımdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*