“Dünən məlum oldu ki, Nikol Paşinyanla Vladimir Putinin gələn həftə Moskvada görüşü planlaşdırılır. Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Paşinyanla Əliyev arasında Kişinyovda görüşünün mümkünlüyünü açıqlayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat dərc edib: “Xarici İşlər Nazirliyindəki mənbəmizin məlumatına görə, Nikol Paşinyan iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşəcək. Üstəlik, həmin mənbə bildirir ki, Moskvada gözlənilən görüş Kişinyovda mümkün razılığın əldə olunması məqsədi ilə keçirilir. Belə ki, Rusiya imzalanacaq sənədin müəyyən mənada Kreml üçün məqbul olmasını istəyir”, – nəşr bildirib.
“Xüsusilə, mümkün risklərdən və tələlərdən qaçmaq üçün Paşinyan Vaşinqtonda müzakirə olunan bütün məsələləri Moskvaya təqdim etməyə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, Moskvada müzakirə edilən əsas mövzu Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmaması məsələsi ilə bağlı olacaq”, – qəzet yazıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az