Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları yeni təmir olunmuş küçə və səkilərə diqqət yetirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Baş nazir sosial şəbəkələrdə müvafiq videomüraciət yayımlayıb.
Paşinyan dövlət və bələdiyyə vəsaitləri hesabına təmir olunan yollara növbəti baxış zamanı çoxsaylı qanun pozuntularına diqqət çəkib.
O vurğulayıb ki, bəzi insanlar evlərini, dükanlarını tikmək və ya təmir etmək üçün beton qarışdıraraq səkiləri tikinti meydançasına çevirirlər:
“Hətta bəzi hallarda sakinlər şəxsi məqsədləri üçün yolun hərəkət hissəsindəki asfaltı sındırırlar”.
Natiq Səlim,
KONKRET.az