Paşinyan xalqa müraciət etdi: “Gəlin əsl Ermənistan quraq”backend

Paşinyan xalqa müraciət etdi: "Gəlin əsl Ermənistan quraq"

“Ermənistan hakimiyyəti ölkənin 29 740 kv.km ərazisinin legitimləşdirilməsi formulunu təklif edir. Bu düstur bizi suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə aparır”-

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə müraciətində deyib.

“Bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Tavuş bölgəsində sərhəd təhlükəsizliyini öz üzərinə götürüb. İndi hakimiyyət vətən və dövlətçilik anlayışlarını eyniləşdirməyə çalışır. Bu gün ölkəmiz həm də ona görə natamamdır ki, vəd edilmiş torpağın axtarışı bizə hansı ərazidə, hansı mövqedə, hansı ölçüdə ev-dövlət qurmaq istəyirik sualına cavab formalaşdırmağa imkan vermir. Delimitasiya prosesi bu suala sütun-sütun cavabıdır”, – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, rəhbərlik etdiyi hökumət Real Ermənistan strategiyasını hazırlayıb və bu yolla gedir:

“Çətin qərarlardan keçən, lakin əsl vəd edilmiş torpağa, əsl Ermənistana aparan yeganə yol olan bu yolu birlikdə keçməliyik. Bu məsələlərlə bağlı strateji düşüncə məni sülh gündəminə və bir-biri ilə bağlı olan real Ermənistana baxışa gətirib çıxardı”, – deyə Paşinyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

 

  • Rüstəm
    May 29, 2024 - 14:56

    Paşinyan demək olarki ermınistanı qurdu yaratmaq isə xalqına qaldı əslində ermənistan deyə bir ölkə olmayıb Azərbaycanın sayəsində ölkə kimi tanınmağa çalışdı qisməndə bacardılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*