“Xarici təhlükəsizliyə təminat verən yeganə şey sülhdür”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 29-da Ermənistan parlamentində deyib.
O bildirib ki, xarici təhlükəsizliyi təmin edən yeganə şey sülhdür.
Onun fikrincə, başqa heç nə xarici təhlükəsizliyə zəmanət vermir.
“Biz görürük ki, ən güclü ordusu olan ölkələr var. Lakin bu, onların xarici təhlükəsizliyinə zəmanət vermir, çünki sülh yoxdur”, – Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az