Ermənistanın baş naziri Nikol Paşinyana alma atan Albert Arstamyan ona qarşı irəli sürülən ittihamla razılaşmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun vəkil Roman Yeritsyan danışıb.
Vəkilin sözlərinə görə, 71 yaşlı Arstamyan almanı atdığını etiraf edib, lakin onun əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi ilə razılaşmadığını bildirib.
Yeritsyan daha əvvəl demişdi ki, Qarabağdan Ermənistana könüllü gələn Albert Arstamyan ikinci qrup əlildir.
Vəkil vurğulayıb ki, həbs olunduğu gün onun iki qızı və nəvəsi polis şöbəsinə aparılıb, evində axtarış aparılıb.
Rəsmiyyə Şərifova
KONKRET.az