Paşinyana sual: “İlham Əliyev ölkəmizi “Qərbi Azərbaycan” adlandırır, bu necə olur?”backend

Paşinyana sual: "İlham Əliyev ölkəmizi “Qərbi Azərbaycan” adlandırır, bu necə olur?"

“Nikol Paşinyan ictimai sferaya yalançı proqramlar “sırıyır”. Onlardan biri “real” və “tarixi” Ermənistan arasında “ziddiyyət” və “uyğunsuzluq” tezisidir. Bu kontekstdə Paşinyan “real” Ermənistanın tərəfdarıdır. Bu, bir neçə məqsədə xidmət edən ideyadır”.

KONKRET.az xəbər verir ki, bu fikriləri erməni alim Tatevik Ayrapetyan “hraparak.am” saytında yazıb.

Onun sözlərinə görə, Paşinyan Ərdoğan və İlham Əliyevin tapşırığı ilə Ermənistanın tarixini, bölgədə mövcudluğumuzu, Qarabağ ermənilərini və dövlətimizin digər dayaqlarını şübhə altına salır:

“Azərbaycan yaxşı başa düşdü ki, bizi həqiqətən məğlub etmək üçün beynimizə təsir etmək, düşüncə tərzimizi dəyişmək lazımdır ki, onların sözlərinə inanaq, məqsədlərinə çatmaqda kömək edək. Bizim kökümüzü kəsmək onların məqsədlərdən biridir. Paşinyan sövq edir ki, müxalifətçilər millətçi mövqedən çıxış etsinlər, xarici dünya üçün anlaşılmaz bəyanatlar versinlər. Təsadüfi deyil ki, həm İlham Əliyev, həm də Paşinyan erməni müxalifətçilərini “revanşist” adlandırır. Bu, bir çox fiqurların düşdüyü təbliğat tələsidir. Bu arada tarixi Ermənistan haqqında açıq şəkildə danışan yeganə lider Paşinyanın özü idi. 2018-2020-ci illərdəki “qoca” Paşinyan. Ondan başqa Ermənistanın heç bir rəhbəri belə çıxış etməyib.

İndi keçək “əsl Ermənistan” haqqında yalan tezisə. Paşinyan Ermənistan Respublikasının varlığını təhdid edən şəxsdir. Onun əməlləri nəticəsində dövlətlərarası yollarımız təhlükə altında qaldı, Arazdəyəndə (Yerasx) zavod tikə bilmədik. Paşinyandan soruşmaq lazımdır ki, “əsl Ermənistan” haradadır, niyə İlham Əliyevin rəflərində kadastr kağızları axtarırsınız, niyə öz addımlarınızla ərazi bütövlüyümüzü və suverenliyimizi təhlükəyə atırsınız?”

Erməni alim sonda Paşinyana sual ünvanlayıb: Siz necə “əsl Ermənistan” və sülh qurursunuz ki, İlham Əliyev ölkəmizi “Qərbi Azərbaycan” adlandırır. Necə olur ki, bizim hərbi əsirlərimiz girov saxlanılır, Bakı həbsxanasında otururlar. Bu necə dünyadır ki, İlham Əliyev hər çıxışında erməniləri düşmən adlandırır? Məhz bu tezislərlə biz Paşinyanın təhlükəli çıxışlarına müqavimət göstərməli, ona sırf Azərbaycanın maraqlarından irəli gələn gündəmi diktə etməyə imkan verməməliyik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • ilqar
    Avqust 19, 2024 - 21:36

    BOZ AXCİ ƏSİL HAYASTANİN HARADA OLMASİNİ NƏNƏN ANAHİDDƏN SORUŞ.ODA O QƏDƏR OCAXBASİ GƏZDİRİLİB Kİ, HANSİ YERİN ADİNİ DESİN
    . PAŞİNYAN NƏ BİLSİN ƏSİL ERMƏNİSTANİ. PAŞİNYANİN ANASİ HAYKANUS ÇOX GƏZƏYƏN OLMAYİB ,ARADA QAZAXA GEDİRMİŞ KOLXOZ SƏDRİ VƏLİNİN! YANİNA😂

    • Vəli
      Avqust 20, 2024 - 16:27

      Hayqanuş niyə kolxoz sədri Vəlini seçib? Xahiş edirəm onun izahatını verin.😂😂😂😂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*