Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda “Hraparak” qəzetini məhkəməyə verəcəyini bildirib.
“Mən mütləq ‘Hraparak’ qəzetini məhkəməyə verəcəyəm ki, sübuta yetirilsin – ailə və mənəvi həyat mənim üçün dəyər və prinsipdir, insanları aldatmaq vasitəsi deyil,” – deyə Paşinyan yazıb.
KONKRET.az xəbər verir ki, paylaşımda Paşinyan Erməni Apostol Kilsəsinin başçısı Katolikos II Qareginə qarşı da ciddi ittiham irəli sürüb:
“Bununla bağlı olaraq bəyan edirəm ki, Katolikos Qaregin II subaylıq andını pozub və onun övladı var. Qaregin II isə buyursun, məni məhkəməyə versin və özünü sübut etsin.”
Mövzu Ermənistanda ictimai rezonans doğurub və yaxın günlərdə həm siyasi, həm də dini dairələrdə müzakirələrin daha da qızışacağı gözlənilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az