Paşinyandan gözlənilməz AÇIQLAMA: “Qəbul etməyəcəyik”backend

Paşinyandan gözlənilməz AÇIQLAMA: "Qəbul etməyəcəyik"

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması ideyasının İrəvan üçün məqbul olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, o, bu istiqamətdə irəliləməyə hazır olduqlarını bildirib.

Eyni zamanda Azərbaycanın da bu məsələyə eyni yanaşmanı göstərdiyinə və yeni münaqişə arzulamadığına əmin olmaq istədiyini vurğulayıb.

“Minsk Qrupunun buraxılması ilə bağlı gündəm bizim üçün məqbuldur və bu istiqamətdə irəliləməyə hazırıq. Lakin digər tərəfdən, əmin olmaq istəyirik ki, Azərbaycan da məsələni bizim kimi qəbul edir və yeni münaqişə niyyətində deyil,” – Paşinyan bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə belə, o, ölkə konstitusiyasını dəyişməyə hazırdır.

Nikol Paşinyan son illər Ermənistan ərazisinin təxminən 60 faizinin “Qərbi Azərbaycan” adlandırmasına da münasibət bildirib. O, bu tendensiyanı Ermənistan üçün narahatedici məqam adlandırıb. Paşinyan vurğulayıb ki, Ermənistan heç vaxt öz ərazisində “Qərbi Azərbaycan”ın olmasını qəbul etməyəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*