Paşinyandan Kərki ilə bağlı gözlənilməz addımbackend

Paşinyandan Kərki ilə bağlı gözlənilməz addım

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən komandası, hökumət nümayəndələri, deputatlarla birgə Naxçıvanla sərhəddə yerləşən Ararat bölgəsinə gedib.

O, müxtəlif icmaları gəzib, amma nə qədər qəribə olsa da, erməni işğalında olan Kərki kəndinə (ermənilər adını Tiqranaşen qoyub – red.) getməyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı “hraparak.am” saytı məlumat dərc edib.

Mənbə xatırladır ki, həmin “anklav”ın Azərbaycana verilməsi ilə bağlı məsələ son vaxtlar Ermənistandakı ictimai müzakirələrin mərkəzində olub.

Nəşr yazır ki, bu fakt Paşinyanın komandasında da narahatlıq yaradıb, çünki baş nazir Kərkinin yaxınlığında yerləşən Sevakavana çatıb, lakin ordan Kərkiyə dönməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*