Paşinyandan Novruz mesajıbackend

Paşinyandan Novruz mesajı

Ermənistanın Baş naziri Nikol Paşinyan İran rəhbərliyinə Novruz bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

KONKRET.az xəbər verir ki, Paşinyan İranın ali rəhbəri Müctəba Xamenei və ölkə prezidenti Məsud Pezeşkiana göndərdiyi mesajlarda dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Məlumata görə, Ermənistan hökumət başçısı məktublarında Novruz bayramı münasibətilə İran xalqına sülh, rifah və firavanlıq arzulayıb. O, həmçinin Ermənistan-İran münasibətlərinin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib.

Paşinyan bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.

Qeyd edək ki, bu barədə məlumat Ermənistanın rəsmi dövlət agentliyi olan Armenpress tərəfindən yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*