Paşinyan Lavrovla görüşdə Ermənistan-Rusiya münasibətlərində pozitiv dinamikanın olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Ermənistan-Rusiya münasibətlərində müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb.
“Vladimir Vladimiroviç Putin ilə aramızda dinamik dialoq gedir, vitse-premyerlərimiz həm Avrasiya İqtisadi İttifaqı çərçivəsində, həm də ikitərəfli münasibətlər üzrə çox sıx işləyirlər”, – deyə Paşinyan bildirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az