“Paşinyanı ən azı Sankt-Peterburqda gözləyirik” – Putinin köməkçisibackend

"Paşinyanı ən azı Sankt-Peterburqda gözləyirik" - Putinin köməkçisi

“Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak etməyi planlaşdırır”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

O, əmin olduğunu bildirib ki, Paşinyan Sankt-Peterburqa gələcək:

“MDB ölkələrinin liderlərinin qeyri-rəsmi və Aİİ-nin isə rəsmi görüşü olacaq. Bizdən sonra sədrlik Ermənistana təhvil verilməlidir. Ona görə də hesab edirəm ki inanıram ki, Baş nazir Nikol Paşinyan  Vladimir Vladimiroviç Putindən estafeti götürmək üçün Sankt-Peterburqa gələcək”, deyə Uşakov jurnalistlərə bildirib.

Bundan əlavə, jurnalistlərin Rusiya liderinin Ermənistana gedəcəyi ilə bağlı sualını isə Uşakov “Bəlkə bir gün” deyə cavab verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*