“Paşinyanın Moskvadakı missiyası hələ tamamlanmayıb” – Dubnovbackend

"Paşinyanın Moskvadakı missiyası hələ tamamlanmayıb" - Dubnov

“Paşinyanın Moskvadakı missiyası  demək olar ki, tamamlanmayıb”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyib. O hesab edir ki, Ermənistanın baş naziri Qafqazda sülh səylərində Qərbin vasitəçiliyinin Rusiyanın nüfuzuna və mövqeyinə xələl gətirmədiyinə rəsmi Moskvanı inandırmağa çalışır və bunun vacibliyini dərk edir: “Hazırkı Rusiya-Amerika münasibətləri şəraitində bu məsələ demək olar ki, mümkünsüz görünür. Mayın sonunda Rusiya Avrasiya İqtisadi Birliyinin sammitinə ev sahibliyi edəcək. Beləcə sammitdə iştirak edən müxtəlif qonaqlarla Rusiya rəhbərliyinin görüşü baş tutacaq”, – deyə ekspert vurğulayıb.

Ermənistan Nazirlər Kabineti Paşinyanın Rusiya prezidenti Vladimir Putinin 9 may tədbirinə dəvət edildiyini və onun Moskvaya mümkün səfərini elan edib. Bu barədə hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib və  Putinlə Paşinyan arasında görüş ehtimalını şərh edib: “Müəyyən planlar müzakirə olunur. Müzakirələr yekunlaşdıqca biz müvafiq açıqlama verəcəyik”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, mayın 4-də Praqada Transatlantik Münasibətlər Mərkəzində çıxış edən Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcəyini bildirib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşə hazır olduğunu təsdiqləyib. Zaxarova görüşün vaxtının daha sonra açıqlanacağını bəyan edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*